Türkiyə ilə Suriya arasındakı Keseb sərhəd keçid məntəqəsi bağlandı

12.07.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Suriyanın Lazkiyə əyalətinin kənd yerlərində baş verən yanğınlar səbəbindən Türkiyə sərhədindəki Keseb sərhəd keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb.

Oxu.Az-ın "Haber Global"a istinadən verdiyi xəbərə görə, bu barədə Quru və Dəniz Limanları Baş İdarəsinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Mazen Alluş "X" hesabında bildirib.

Alluş qərarın fövqəladə tədbirlər çərçivəsində verildiyini açıqlayıb.

Qeyd edək ki, Suriyanın Lazkiyə əyalətində baş verən yanğınlar doqquz gündür ki, davam edir. Qətər, İraq, İordaniya və Türkiyənin dəstəyi ilə yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью