Türkiyə iqtisadiyyatı 2025 ci ildə 3,6 faiz artıb

02.03.2026

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə Statistika Qurumu (TÜİK) 2025-ci il üzrə ümumi daxili məhsul (ÜDM) artımı göstəricilərini açıqlayıb.

Marja xəbər verir ki, Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb. İqtisadçıların proqnozu illik artımın 3,7 faiz olacağı istiqamətində idi.

2025-ci ilin 4-cü rübünün nəticələri:

2025-ci ilin IV rübündə illik müqayisədə iqtisadi artım – 3,4 faiz (proqnoz: 3,2 faiz)

Rüblük müqayisədə iqtisadi artım – 0,4 faiz (proqnoz: 0,5 faiz)

III rübdə rüblük müqayisədə iqtisadi artım – 1 faiz

Beləliklə, ilin son rübündə iqtisadi artım tempi zəifləyib.

2025-ci ildə adambaşına düşən ÜDM:

Cari qiymətlərlə – 712 min 200 lirə

ABŞ dolları ilə – 18 min 40 dollar

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью