Türkiyə iqtisadiyyatının inkişaf tempi sürətlənib

13.08.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Ankara, 13 avqust, AZƏRTAC

Türkiyə iqtisadiyyatında müşahidə olunan müsbət tendensiyalar 2025-ci ilin ikinci rübündə ölkədə ÜDM artımının sürətlənməsindən xəbər verir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek sosial şəbəkələrdəki paylaşımında məlumat verib.

Türkiyə Maliyyə Nazirliyinin rəhbəri qeyd edib ki, sənaye, tikinti və xidmət sahələrində müsbət dinamika müşahidə olunur. Onun sözlərinə görə, ölkədə istehsal artır, xarici ticarət kəsiri məqbul səviyyədədir.

O yazıb: “Güclü ixrac və turizm gəlirlərinin yaratdığı valyuta axınının artması ölkənin ticarət balansına müsbət təsir göstərir. Qlobal arenada qeyri-müəyyənliyin azaldılması da inflyasiya prosesi ilə birlikdə Türkiyə iqtisadiyyatı üçün yeni stimul olacaq”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью