Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Bank Tənzimlənməsi və Nəzarəti Agentliyi İran Bank Mellat və onun İstanbul filialının lisenziyasını ləğv edib.
"Cebheinfo.az" xəbər verir ki, BTNŞ-nin 18 sentyabr tarixli və 11572 nömrəli qərarı 19 sentyabr 2026-cı ildə rəsmi qəzetdə dərc edilib.
Bu müddəa, auditlər nəticəsində bankın davamlı fəaliyyətinin əmanətçilərin və iştirak fondu sahiblərinin hüquqlarına, eləcə də maliyyə sisteminin təhlükəsizliyinə və sabitliyinə təhlükə yaratdığı aşkar edilərsə, Bank Tənzimlənməsi və Nəzarəti Agentliyinə bankın əməliyyat lisenziyasını ləğv etmək və ya Əmanətlərin Sığortalanması Fonduna köçürmək səlahiyyəti verir.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 2007-ci ildə İran Bank Mellata İranın nüvə proqramı ilə əlaqəli qurumlara maliyyə xidmətləri göstərdiyinə görə sanksiya tətbiq edib.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin