Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə hakimiyyəti İran ətrafındakı vəziyyətin diplomatiya yolu ilə həll olunacağına ümid edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç bunu TRT Haber televiziya kanalında bildirib.
"Türkiyə İrandakı hər hansı bir sosial iğtişaş və ya siyasi problemin onun daxili işi olduğuna inanır. Biz əvvəldən İrana hərbi və ya digər xarici müdaxilənin müsbət nəticə verməyəcəyini açıq şəkildə bildirmişik. Biz həmişə vurğulayırıq ki, təbiətindən asılı olmayaraq, hər hansı bir problem diplomatiya yolu ilə həll edilməlidir. Ümid edirəm ki, İran ətrafındakı mövcud gərginlik diplomatik yollarla həll olunacaq", - deyə o bildirib.
29 dekabrda İranda rialın kəskin şəkildə düşməsi ilə başlayan küçə etirazlarından sonra iğtişaşlar başlayıb və əksər böyük şəhərlərə yayılıb. Əraqçinin sözlərinə görə, 8 yanvardan bəri nümayişçilər arasında silahlı terrorçular peyda olub. Tehran iğtişaşlara görə İsrail və ABŞ-ı günahlandırıb.
Əziz Mustafa