Türkiyə İran və ABŞ rəsmiləri ilə təmaslara başlayıb

14.01.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə İran və ABŞ arasında yaşanan gərginlik fonunda hər iki ölkənin rəsmiləri ilə danışıqlar aparır.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə KİV diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan son 24 saat ərzində iranlı həmkarı Abbas Əraqçi ilə 2 dəfə telefon danışığı aparıb. Eyni zamanda, Hakan Fidan dünən ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barrakı qəbul edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью