Türkiyə İranı aldatdı SEPAH komandiri

12.12.2024

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə və başqa iki ərəb ölkəsi Suriyada heç bir dəyişikliyin baş verməyəcəyini deyib, İranı aldatdılar.

Axar.az xəbər verir ki, bunu SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandir müavini Məhəmmədrza Qulamrza deyib.

“Suriya ilə bağlı bu zəmanətlər iki ay əvvəl Tehrana verilib. Türkiyə bildirmişdi ki, biz sizə (İrana – red.) zəmanət veririk ki, hazırda bütün diqqətlər Qəzza və Livanadır və Suriyada heç nə baş verməyəcək”, - o bildirib.

Qeyd edək ki, İran rəhbəri Əli Xamenei dünənki çıxışnda bir neçə ay əvvəldən baş verənləri proqnozlaşdırdıqlarını və bununla bağlı Bəşər Əsəd hakimiyyətinə məlumatlar ötürdüklərini demişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью