Türkiyə İranın 440 kq uranını saxlamaq İSTƏYİR?

05.02.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Yaxın Şərqdə yeni eskalasiya təhlükəsinin artması fonunda Türkiyə vasitəçilik etmək və ABŞ-nin İrana mümkün hücumlarının qarşısını almaq üçün səylər göstərir.

İsrailin “Haaretz” qəzetinin məlumatına görə, Ankara İranın 440 kiloqram zənginləşdirilmiş uranının saxlanmasını təklif edib. Eyni zamanda, onu İrana qaytarmamaq öhdəliyini götürüb.

“Cebheinfo.az” xəbər verir ki, 2010-cu ildə İran, Braziliya və Türkiyənin xarici işlər nazirləri Tehranın zəif dərəcədə zənginləşdirilmiş uranının Tehran tədqiqat reaktoru üçün yüksək zənginləşdirilmiş yanacağa dəyişdirilməsi barədə razılaşma imzalayıblar. Lakin razılaşma həyata keçirilməyib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью