Türkiyə İranla sərhəd keçid məntəqələrini bağladı

02.03.2026

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

 Türkiyə İran İslam Respublikası ilə sərhəd keçid məntəqələrini bağlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb. 

Qeyd olunub ki, Türkiyə İranla quru sərhəd keçid məntəqələrindən sərnişin daşınmasını dayandırıb.

Bununla bağlı Türkiyənin ticarət naziri Ömər Bolat bildirib ki, Ankara İranla sərhəd keçid məntəqələrindən sərnişin daşınmasına müvəqqəti məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.

Onun sözlərinə görə, Türkiyə yalnız öz vətəndaşlarını və İrandan getmək istəyən digər ölkələrin vətəndaşlarını qəbul edir və yalnız İran vətəndaşları Türkiyədən İrana gedə bilər.

Bu qərar regiondakı son vəziyyət və inkişafların qiymətləndirilməsindən sonra verilib.

Ağarza Elçinoğlu 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью