Türkiyə İsrail gərginliyi strateji xarakter daşıyır

28.08.2025

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Azərbaycan Türkiyə və İsrail üçün mənəvi bağlar səbəbindən vaz keçilməz ölkədir. Türkiyə və İsrail arasında hansı gərginliyin olmasından asılı olmayaraq Azərbaycan hər zaman onlar arasında barışdırıcı mövqedə olacaq. Azərbaycan Türkiyə və İsrail arasında seçim edə bilməz. Çünki ən yaxın və doğma ölkələr arasında seçim etmirlər.
Türkiyə və İsrail arasındakı gərginlik prinsipial, eyni zamanda, strateji xarakter daşıyır. Bu məsələdə köklü həll üçün Azərbaycanın onlara təsir imkanları məhduddur. Təbii ki, müəyyən addımlar atılır ki, gərginlik minimum həddə salınsın. Amma gərginliyin kökündə Azərbaycanın nüfuzundan böyük tarixi iddialar dayanır. Tarixi köklərimiz bu regiona getsə də Azərbaycan bu regiona yaddır. Proseslərin kökünə səthi bələddir. Əslində, məsələ geosiyasi proseslərdən çox hər iki dost və qardaş ölkənin ambisiyaları üzərində qurulub. Ona görə də gərginlik anında Azərbaycan vəziyyətə müdaxilə edə bilir və nəticə alır. Çünki gərginlik onların həyatı məsələsi deyil. Sadəcə inadıdlr. Gərginlik anında geri çəkilə bilirlər.
Azər Qasımov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью