Türkiyə İsrail üçün yeni bir İrandır... Qal

14.11.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə artıq İsrail üçün strateji rəqibdir: NATO üzvlüyünə, Qərb texnologiyalarına və Avropa kapitalına çıxışı olan yeni bir İran.

Axar.az xəbər verir ki, bunu İsrail Aerokosmik Sənayesi şirkətinin xarici əlaqələr üzrə keçmiş vitse-prezidenti Şay Qal Yunanıstan mediasına açıqlamasında deyib.

“İran diqqəti öz üzərinə çəkdiyi bir vaxtda, Ankara da öz təsir dairəsini genişləndirir. HƏMAS-a sığınacaq verilməsi, Suriyada, Şimali Kiprdə, Liviyada və Somalidə ballistik raket və hərbi bazaların qurulması – bunların hamısı onun regional hökmranlıq strategiyasına xidmət edir. İran təhlükəsi aradan qaldırılmadan əvvəl İsrail Türkiyə təhdidi ilə üzləşməli olacaq.”, - Qal bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью