Türkiyə İsrailin Suriya ərazisinə daxil olmasını qınayır

10.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Türkiyə İsrailin Suriya ərazisinə daxil olmasını şiddətlə qınayır.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir:

“İsrailin 1974-cü ildə imzalanmış Silahlı Qoşunların Çıxarılması Müqaviləsini pozaraq İsrail və Suriya arasındakı ayırma zonasına daxil olmasını və Suriya ərazisində irəliləməsini şiddətlə qınayırıq”.

Qeyd olunub ki, “Suriya xalqının uzun illərdir həsrətində olduğu sülh və sabitliyə nail olmaq imkanının ortaya çıxdığı bu həssas dövrdə İsrail yenidən işğalçı zehniyyətini nümayiş etdirir”.

“Biz Suriyanın suverenliyinə, siyasi birliyinə və ərazi bütövlüyünə dəstəyimizi qətiyyətlə təkrar edirik”, - bəyanatda vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью