Türkiyə İsraillə bağlı bəyanat verdi

29.06.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İsrailin Suriyanın ərazi bütövlüyü, birliyi və suverenliyini pozaraq Quneytra və Dəra vilayətlərinə qarşı həyata keçirdiyi hücumları qətiyyətlə pisləyirik”.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Suriya xalqının can və əmlak təhlükəsizliyini heçə sayan, bölgədə mülki əhalinin həyatını hər keçən gün daha da çətinləşdirən bu hücumlar beynəlxalq hüququn və 1974-cü il tarixli Qoşunların Ayrılması haqqında Sazişin açıq şəkildə pozulmasıdır. 2024-cü ilin dekabr ayından etibarən Suriyanın əldə etdiyi irəliləyişi və regionun sabitliyini hədəf alan bu hücumların dayandırılması üçün beynəlxalq ictimaiyyətin üzərinə düşən məsuliyyəti yerinə yetirməsi ilə bağlı çağırışımızı bir daha təkrarlayırıq”, - bəyanatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью