“Türkiyə İsraillə bağlı mövqeyinə yenidən baxa bilər”

05.02.2025

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Türkiyə İsraillə bağlı mövqeyinə yenidən baxa bilər”.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə müsahibəsi zamanı məlumat verib.

"Fələstinlilərin İsrail tərəfindən öldürülməsi dayandırılarsa, onların vəziyyətini yaxşılaşdırmaq üçün addımlar atılarsa, Türkiyə İsraillə bağlı qərarlarına yenidən baxa bilər”, - deyə siyasətçi vurğulayıb.

Fidan bildirib ki, Türkiyənin bu məsələdə mövqeyi bəllidir: 

“Biz əvvəldən Qəzzada soyqırımı dayandırmağa çalışmışıq. İsrailə qarşı qərar bizim soyqırıma cavabımız idi", - siyasətçi əlavə edib.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью