Türkiyə İsraillə əlaqələri davam etdirir?

13.11.2024

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Türkiyə hazırda İsraillə bütün əlaqələrini kəsib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

“Hazırda İsraillə heç bir əlaqəmiz yoxdur. Biz gələcəkdə bu münasibətləri yaxşılaşdırmaq üçün də heç bir addım atmırıq”, – Ərdoğan vurğulayıb.

Ərdoğan Türkiyə hökumətinin İsraillə münasibətləri davam etdirdiyinə dair iddiaları isə “Siyasətin çirkli tərəfi” adlandırıb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью