Türkiyə İstanbul kanalının tikintisindən imtina etməyib

01.05.2025

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Türkiyə hakimiyyəti Bosfor boğazını yan keçən "İstanbul" gəmiçilik kanalının çəkilişi layihəsindən imtina etməyib, maliyyələşdirmə mənbələri müəyyən edildikdən sonra onun həyata keçirilməsinə başlanılacaq.

525.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziri Abdülkadir Uraloğlu deyib.

"Kanal İstanbul layihəsini mütləq həyata keçirəcəyik. Düzgün vaxtda və maliyyələşdirmə mənbələri müəyyən edildikdən sonra bunu mütləq edəcəyik. İndi bu məsələ ilə bağlı məsləhətləşmələr aparırıq", - nazir jurnalistlərə bildirib.

A.Uraloğlunun sözlərinə görə, kanalın tikintisi 15-20 milyard dollara başa gələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью