Türkiyə istədi, ABŞ etiraz eləmədi Xüsusi jest

20.12.2024

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə ABŞ-ın onu Rusiyanın “Qazprombank” şirkətinə qarşı sanksiyalardan azad etdiyini bildirib. Qərar Ankaraya qaz idxalına görə bu bankla ödəniş etməyə imkan verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Türkiyənin energetika naziri Alparslan Bayraktar agentliyə deyib ki, ABŞ rəsmiləri ilə aparılan danışıqlardan sonra ölkənin qaz ödənişlərini “Qazprombank”la həyata keçirməyə icazə verilib.

ABŞ dövlət katibinin dekabrın 13-də Ankaraya səfəri zamanı Türkiyə tərəfi “Qazprombank”a qarşı sanksiyalar çərçivəsində özü üçün istisna məsələsini qaldırıb. Məsələ Blinkenin türk həmkarı Hakan Fidanla görüşündə müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью