Türkiyə istədi, bayraq yerə qoyulmadı

20.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Türkiyə istədi, bayraq yerə qoyulmadı

DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda keçirilən Türkiyə - Paraqvay oyunu öncəsi fərqli mərasim diqqət çəkib.

QOL.az xəbər verir ki, qarşılaşmadan əvvəl dövlət bayraqları digər oyunlarda olduğu kimi meydançaya sərilməyib. Bayraqlar xüsusi şəxslər tərəfindən əllərdə tutulub.

Məlumata görə, bayraqların yerə qoyulmaması tələbi əvvəlcə Səudiyyə Ərəbistanı və İraq tərəfindən irəli sürülüb. Hər iki ölkə bunu dini səbəblərlə əsaslandırıb. Belə ki, onların dövlət bayraqlarında Allahın adı yer aldığından, bayrağın yerə qoyulması uyğun hesab edilməyib.

İkinci turda Türkiyə də bu mövqeyə qoşulub. Türkiyə bayrağında belə yazı olmasa da, təşkilatçılar türkiyəli nümayəndələrin istəyini nəzərə alıblar.

Bildirilib ki, İordaniya, İran, Qətər və Şimali Afrika ölkələri daxil olmaqla digər müsəlman dövlətləri hələlik oxşar tələb irəli sürməyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью