Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, sərvəti 1 milyard dolların altına düşən Faruk Eczacıbaşı (Eczacıbaşı Holdinq), Ali Sabancı (Esas Holdinq), Ahmet Çalık (Çalık Holdinq) və İpek Kıraç (Koç ailəsinin üzvü) milyarderlər siyahısından çıxıblar.
Buna baxmayaraq, ABŞ-da fəaliyyət göstərən yoqurt istehsalçısı Chobani şirkətinin qurucusu Hamdi Ulukaya, enerji avadanlıqları istehsal edən Astor Enerjinin sahibi Feridun Geçgel və infrastruktur layihələri ilə tanınan Akfen Holdinqin qurucusu Hamdi Akın sərvətini artıran azsaylı milyarderlər arasında yer alıb.
Siyahının zirvəsində isə Yıldız Holdinqin sahibi Murat Ülker liderliyini qoruyub. Bu, onun Türkiyənin ən varlı şəxsi statusunu davam etdirdiyini göstərir.