Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə ilə Kanada arasında iqtisadi-ticari münasibətlər genişlənir.
“Cebheinfo.az” “Yeni Şafak” – a istinadən xəbər verir ki, Türkiyənin ticarət naziri Ömər Bolar həmkarı Kanadının ticarət naziri Maninder Sidhu ilə götüşüb.
Görüşdə Türkiyə ilə Kanada arasında hərtərəfli sərbəst ticarət sazişinin imzalanması ilə bağlı məsələ müzakirə edilib. İkitərəfli görüşdə əsas məqsəd Ankara və Ottava arasında artan iqtisadi tərəfdaşlığı inkişaf etdirmək və ikitərəfli ticarət maneələrini aradan qaldırmaq, eləcə də iqtisadi-ticari əməkdaşlığı daha genişləndirmək üçün imkanları nəzərdən keçirmək olub.
Nazirlərin görüş Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Mark Karni arasında baş tutan son telefon danışığından sonra baş tutub. Bu görüş zamanı hər iki lider öz hökumətlərinə iqtisadi əməkdaşlığı dərinləşdirmək tapşırığı verib.
Bəyanatda qeyd olunur ki, Baş nazir Mark Karni və Prezident Rəcəb Tayyib Ərdoğan arasında baş tutan son zəngə əsaslanaraq, nazirlər Kanada-Türkiyə ticarət və investisiya münasibətlərini dərinləşdirmək üçün ortaq öhdəliklərini bir daha təsdiqləyiblər.
Eyni zamanda, hər iki nazir görüşdə nazirlər iki ölkə arasında Hava Nəqliyyatı Sazişinin daha da genişlənməsini, o cümlədən qarşılıqlı intensiv işgüzar səyahətlərin təşkili ilə bağlı məsələləri də müzakirə ediblər.
Nazirlər daha sıx aviasiya və ticarət əlaqələrinin Şimali Amerika və Türkiyə iqtisadiyyatlarını daha sıx uyğunlaşdıracağını vurğulayıblar.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin