Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklının verdiyi məlumata görə, Türkiyə 83,2 milyard dollarlıq kənd təsərrüfatı məhsulları ilə dünyada 7-ci, Avropada isə birinci yerə yüksəlib.
İ.Yumaklı deyib: “2002-ci ildə Türkiyə 24,5 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ilə dünyada 12-ci yerdə idi. 2025-ci ilin məlumatlarına görə isə, 83,2 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ilə dünyada 7-ci, Avropada isə birinci yerə yüksəlmişik”.
O qeyd edib ki, Dövlət Su İşləri Baş İdarəsi (DSİ) 2002-ci ildən bəri 120.000 kilometrdən çox suvarma infrastrukturuna investisiya qoyub və əlavə edib: “Başqa sözlə, dünyanı üç dəfə dövr etməyə bərabər bir infrastruktur investisiyası qoyulub. Bu investisiya süfrələrimizə çatan qida üçün vacibdir”.
Yumaklı qeyd edib ki, Meşəçilik Baş İdarəsi (OGM) yaşıl vətənini qorumaq üçün hər il 500 milyon toxum və fidan əkir və Türkiyə meşəsalmada Avropa lideridir. O, sözünə davam edərək deyib: “Keçən il ciddi meşə yanğınları yaşadıq. 11 noyabr 2025-ci ildə Prezidentimizin iştirakı ilə tək bir gündə 14 milyon toxum və fidan əkilib. Yanğınlara 28 təyyarə və 119 vertolyot aktiv şəkildə müdaxilə edib. Ölkə daxilində təxminən 800 müşahidə qülləsi var, onlardan 194-ü tüstü və istiyə həssas ağıllı müşahidə qüllələridir”.
Yumaklı kənd təsərrüfatı istehsalı ilə bağlı qiymətləndirmələrinə belə davam edib: “Ölkəmizdə iqtisadi cəhətdən istehsal olunan 206 bitki məhsulu var. Onların bir çoxunda özümüzü təmin edirik. Demək istəyirəm ki, dünyanın hər yerində müxtəlif məhsullar istehsal olunur və hamısını Türkiyədə istehsal etmək mümkün deyil. Əsas ehtiyaclarımızın və strateji məhsullarımızın bir çoxunda özümüzü təmin edirik”.
M.MİRZƏ
XQ