Türkiyə kəşfiyyat rəisi Kalın BƏƏ yə səfər etdi

03.11.2026

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.

Turkustan.az xəbər verir ki, Türkiyənin Əbu-Dabidəki səfiri Lütfullah Göktaş “X” sosial şəbəkəsindəki paylaşımında Kalının Əbu-Dabidə BƏƏ-nin vitse-prezidenti Mənsur bin Zayed tərəfindən qəbul edildiyini bildirib.

Göktaşın sözlərinə görə, görüşdə BƏƏ-nin Milli Təhlükəsizlik üzrə müşaviri Təhnun bin Zayed və Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli əl-Şəmsi də iştirak ediblər.

Görüş zamanı regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində birgə səylər müzakirə olunub.

Türkiyəli diplomat paylaşımında BƏƏ ilə strateji tərəfdaşlığın regional təhlükəsizliyin və sülhün möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcəyinə inandıqlarını vurğulayıb.

Aytən Yaşar/Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью