Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Qara bölgəsində PKK/KCK terror təşkilatının qondarma liderlərindən Fırat Serihanı zərərsizləşdirib.Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.Bildirilir ki, MİT apardığı kəşfiyyat araşdırmaları nəticəsində terrorçu Serihanın 2016-cı ildə Suriyanın şimalında Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücum planlaşdırdığını və göstərişi şəxsən verdiyini müəyyən edib.“Bunun üzərinə MİT PKK/KCK üzvü Serihanı hədəf siyahısına əlavə edib.
MİT sahə agentləri vasitəsilə Serihanın təşkilatın yüksək səviyyəli rəhbərliyindən aldığı təlimat əsasında Pəncə-Kilit Hərəkatı bölgəsində hərəkətə keçmək istəyən təşkilat üzvlərinin silah və sursat ehtiyaclarını qarşıladığı barədə məlumat əldə edib”, - deyə vurğulnıb.Qeyd olunub ki, Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı aksiya keçirmək üçün Qarada hazırlıq görən Serihan və onunla birlikdə olan terrorçular zərərsizləşdirilib.
Daşqın HəsənovMissiya.Az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.