Türkiyə kəşfiyyatı PKK liderinin yetişdirdiyi terrorçunu öldürüb | Icma.az
Icma.az, Cebheinfo saytına istinadən bildirir. Türkiyə Milli Kəşfiyyat İdarəsi İraqın Süleymaniye bölgəsində yeni əməliyyat keçirib.
"Haber Global" xəbər verir ki, əməliyyat nəticəsində PKK terror təşkilatının "qadın qolu" sayılan PAJK-də "rəhbər" vəzifə tutan Mürvet Gülsever öldürülüb.
"Jiyan Herdem" kod adlı terrorçunun 1992-ci ildən təşkilatla əməkdaşlıq etdiyi bildirilir.
Məlumata görə, o, PKK lideri Abdullah Öcalandan silahla davranma və ideoloji təlimlər alıb.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu