Türkiyə kəşfiyyatı terror təşkilatının daha bir liderini məhv edib

27.11.2024

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Sincar bölgəsində keçirdiyi əməliyyatla PKK/KCK terror təşkilatının qondarma liderlərindən olan Sadiyə Məhəmməd Əhmədi zərərsizləşdirib.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, MİT-in kəşfiyyat araşdırmaları nəticəsində Sadiyə Məhəmməd Əhmədin PKK/KCK-nın Sincardakı kəşfiyyat strukturundan məsul olduğu müəyyən edilib.

Bildirilir ki, MİT-in hədəf siyahısına daxil edilən Sadiyə Məhəmməd Əhmədin yeri müəyyən edildikdən sonra terrorçunun bütün hərəkəti anında izlənilib.

Fəaliyyətləri MİT tərəfindən ifşa edilən Hevi kod adlı Sadiye Muhammed Əhməd əməliyyatla yerində zərərsizləşdirilib.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью