Türkiyə kəşfiyyatından əməliyyat: İŞİD lideri həbs edilib

04.06.2025

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Pakistan kəşfiyyat təşkilatı İSİ birgə əməliyyat keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla İŞİD lideri olduğu iddia edilən və narıncı kateqoriyada axtarılan Özgür Altun həbs edilib.

Məlumata görə, o, Pakistan-Əfqanıstan sərhədində tutulub: "O, artıq İstanbula gətirilib və “silahlı terror təşkilatı yaratmaq və idarə etmək” ittihamı ilə haqqında həbs qətimkan tədbiri seçilib"

Tahir
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью