Türkiyə kəşfiyyatının rəhbəri HƏMAS lideri ilə görüşüb

04.08.2026

Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə kəşfiyyatının rəhbəri HƏMAS lideri ilə görüşüb

İstanbulda Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ilə HƏMAS-ın siyasi bürosunun rəhbəri Xəlil əl-Hayya arasında görüş keçirilib. Oxuməni.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Tərəflər Qəzza zolağı ilə bağlı sülh təşəbbüsünün ikinci mərhələsinə keçid üçün hazırlanmış yol xəritəsinin icrasını müzakirə ediblər.

HƏMAS nümayəndəsi bildirib ki, hərəkat bu layihəni müsbət qiymətləndirir.

Görüşdə sülh təşəbbüsü ilə bağlı yol xəritəsinə cavab vermək əvəzinə, İsrailin Qəzzada hərbi fəallığını artırmasından narahatlıq ifadə olunub. Tərəflər gərginliyin azaldılması üçün beynəlxalq ictimaiyyətin hərəkətə keçməsinin vacibliyini qeyd ediblər.

Qəzzada sülhün bərqərar olması üçün Türkiyə, Qətər və Misirin birgə vasitəçilik səylərinin əhəmiyyəti vurğulanıb.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью