Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın Misirə gedir

07.10.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın 8 oktyabr tarixində Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Qəzza atəşkəs danışıqlarında iştirak edəcək.

APA-nın Türkiyə bürosu xəbər verir ki, danışıqlarda əsas mövzular Qəzzada atəşkəsin təmin olunması, girov, məhbus mübadiləsi mexanizmləri və humanitar yardımların fasiləsiz çatdırılması olacaq.

Qeyd edək ki, İbrahim Kalın görüşlərdən əvvəl ABŞ, Misir, Qətər və HAMAS rəsmiləri ilə ikitərəfli görüşlər keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью