Türkiyə kəşfiyyatının rəisi İrana səfər edib

08.02.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalın Tehranda İranın Milli Təhlükəsizlik Ali Şurasının rəhbəri Əli Əkbər Əhmədianla görüşüb.

Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli münasibətlər, regional vəziyyət, xüsusilə də Suriyadakı vəziyyət müzakirə edilib.

Hər iki tərəf vurğulayıb ki, Türkiyə və İran arasındakı münasibətlər sıxdır, əsas məsələlərdə isə onların mövqeləri üst-üstə düşür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью