Türkiyə klubları “Qarabağ”ın futbolçusundan əl çəkmir

20.11.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ"ın futbolçusu Marko Yankoviç karyerasını Türkiyədə davam etdirməyə yaxındır. Sport24.az bu barədə qardaş ölkə klublarının rəsmilərindən məlumat əldə edib.
Belə ki, "Çorum" və "Konyaspor"un 31 yaşlı yarımmüdafiəçiyə marağı davam edir. Monteneqro millisinin üzvü də karyerasında yeni çağırışa hazırdır.
"Çorum" rəsmiləri növbəti dəfə Yankoviçin nümayəndələri ilə əlaqə saxlayıblar. Super Liqa təmsilçisi qış "transfer pəncərə"ində müəyyən təzminat qarşılığında futbolçunu heyətinə qatmağı hədəfləyir.
Bununla belə, Türkiyə klubları Yankoviç üçün böyük məbləğ ödəmək niyyətində deyil. Buna səbəb onun "Qarabağ"la müqaviləsinin gələn ilin yayında başa çatmasıdır.
Ağdam klubu isə müqavilə yenilənməyəcəyi təqdirdə yarımmüdafiəçi ilə yollarını ayırmağa hazırdır. Bunun üçün "Qarabağ"ın tələb etdiyi təzminatın ödənilməsi kifayət edəcək.
Qeyd edək ki, "Çorum" cari ilin yayında da Marko Yankoviçlə danışıqlar aparıb. Lakin həmin vaxt "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçunun satışına razılıq verməyib.
Marko Yankoviç 2022-ci ildən "Qarabağ"ın formasını geyinir. O, Ağdam təmsilçisi ilə üç dəfə Azərbaycan çempionu, bir dəfə isə ölkə kubokunun qalibi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью