Türkiyə klubları Reşfordu hədəfləyib

28.01.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Həm "Qalatasaray", həm də "Fənərbaxça"nın İngiltərə millisinin hücumçusu Markus Reşfordu heyətlərinə qatmaq istədikləri bildirilir.

İdman.biz xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Türkiyə klublarının Reşfordu "Mançester Yunayted"dən hazırkı mövsümün sonuna kimi icarəyə götürmək istədikləri bildirilir.

Bir müddət əvvəl "Barselona", "Arsenal", PSJ və Səudiyyə klublarının Reşforda maraqlandığı barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, 2015-ci ildən "mançester Yunayted"in əsas komandasında oynayan Reşford son vaxtlar heyətə düşmür və klubdan gedəcəyi gözlənilir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью