Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə təmsilçilərinin - "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş" və "Başakşehir"in avrokuboklarda bu həftə keçirəcəyi matçlar üçün hakim təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, "Qalatasaray" - "Tottenhem" görüşünün referisi Laurens Visser olacaq.
Ona Rien Venizer, Tibo Neyssen və Saymon Burdoui (dördüncü hakim) kömək edəcəklər. Adıçəkilən ədalət təmsilçiləri Belçikadandır.
"AZ Alkmaar" - "Fənərbaxça" qarşılaşması şotlandiyalılara tapşırılıb.
Baş hakim Con Bitona Daniel Makferlen, Devid Makqiçi və Kalum Skoot (dördüncü hakim) kömək edəcək.
"Beşiktaş" - "Malmö" matçında almaniyalılar iş başında olacaq.
Referi kimi Sven Yablonski, laynsnman kimi Lasse Koslovski və Eduard Beytinqer, dördüncü hakim kimi isə Tobias Rişel fəaliyyət göstərəcək.