Türkiyə klubu Arda Turana təklif göndərdi

04.09.2026

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Şaxtyor"un baş məşqçisi Arda Turan "Trabzonspor"dan təklif alıb. Sport24.az xəbər verir ki, bu barədə "Ajansspor.com" portalı məlumat yayıb. 

"Trabzonspor" rəhbərliyinin artıq Turanla əlaqə saxladığı bildirilir. Lakin, Donetsk klubunun tezliklə Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayacağı nəzərə alsaq, onun Türkiyə klubunun təklifini qəbul edəcəyi inandırıcı görünmür.  

Qeyd edək ki, cari mövsümə uğursuz başlayan Türkiyə klubu baş məşqçi Fatih Tekkeni istefaya göndərib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью