Türkiyə klubu Blaz Kramerin Qarabağ a keçidini yalanladı

23.07.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin "Konyaspor" klubu "Qarabağ"ın Blaz Kramerlə danışıq aparması iddiasına münasibət bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə "bbnhaber" nəşri məlumat yayıb.

Bölgə təmsilçisindən bildirilib ki, bu transfer şayiələri həqiqəti əks etdirmir və Kramer komandanın əsas oyunçularından biridir.

O, 2024/2025 mövsümündə 34 rəsmi oyunda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, daha əvvəl sloveniyalı forvardın agenti vasitəsilə "Qarabağ"a təklif olunduğu yazılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью