Türkiyə klubu ÇLdə daha bir oyununu Bakıda keçirəcək

15.01.2025

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Basketbol üzrə FİBA Çempionlar Liqasında Türkiyənin "Aliağa Petkim Spor" və İsrailin "Hapoel Holon" klubları arasında pley-in seriyasının 3-cü, yəni tamam və ya davam oyunu Bakıda keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Bu komandaların yanvarın 7-də Bakıda keçirilən ilk matçında "Aliağa Petkim Spor" rəqibini 82-81 hesabı ilə məğlub edərək seriyada 1:0 önə keçmişdi. 14 yanvarda keçirilmiş cavab oyununda isə "Hapoel Holon" 65-62 hesablı qələbəylə seriyada ümumi hesabı bərabləşdirməyi bacarıb.

Klublar arasındakı həlledici qarşılaşma yanvarın 22-də Bakı İdman Sarayında oynanılacaq.

Qeyd edək ki, qalib komanda 1/8 final mərhələsinə yüksələcək.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью