Türkiyə klubu Dadaşovun transferindən vaz keçdi, başqa hücumçu ilə anlaşdı

11.11.2025

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

Türkiyənin 1-ci liqasında yarışan "Iğdır"ın Azərbaycan milli komandasının forvardı Renat Dadaşovla maraqlanması barədə yazmışdıq. 

Sportal.az saytına verilən məlumata görə, Türkiyə klubu onu qış "transfer pəncərəsi" zamanı icarə əsasında heyətinə qatmaq istəyirdi. 

Lakin Superliqaya yüksəlmək hədəfi olan klub başqa forvardla anlaşıb deyə, Renatın transferindən vaz keçib.

Dadaşovun qışdan sonra da, müqaviləsinin axırına qədər “Motor”da qalacağı gözlənilir.

O, 2026-cı il iyunun 30-na qədər “Motor”a məxsusdur.
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью