Türkiyə klubu Emre Belözoğlu ilə anlaşıb

14.01.2025

Report.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin "Antalyaspor" komandasının yeni baş məşqçisi bəlli olub.

"Report" xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, bölgə təmsilçisi Emre Belözoğlu ilə anlaşıb. Tərəflər 1,5 illik müqavilə imzalayacaq.

44 yaşlı mütəxəssis bu postda Aleks de Souzanı əvəzləyəcək.

Qeyd edək ki, Emre Belözoğlu daha əvvəl "Başakşehir" və "Ankaragücü" klublarının baş məşqçisi olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью