Türkiyə klubu futbolçusunu 30 milyon avroya satdı

18.07.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Fiorentina” heyətini yeni futbolçu ilə gücləndiirb.

Futbolpress.az xəbər verir ki, İtaliya təmsilçisi “Trabzonspor”dan Kristian Oulaini transfer edib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Keçidin yaxın zamanda açıqlanacağı bildirilib.

Türkiyə klubu afrikalı yarımmüdafiəçini 30 milyon avro qarşılığında satıb. “Trabzonspor” Oulainin növbəti transferindən də 20 faizlik pay alacaq.

Fil Dişi Sahili yığmasının da üzvü olan 20 yaşlı futbolçu 2025-ci ildən Super Liqa klubunda çıxış edirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью