Türkiyə klubu Moldova millisinin üzvünü istəyir

17.02.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Trabzonspor” heyətini moldovalı futbolçu ilə gücləndirmək istəyir.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi “Spartak”ın müdafiəçisi Oleq Ryabçukla maraqlanır. 

Türkiyə klubunun rəsmiləri Moldova millisinin üzvü üçün qarşı tərəfə təklif göndərib. “Spartak” isə onu buraxmaq istəmir. Lakin Ryabçuk özü Trükiyəyə yollanmaqda maraqlıdır. Onun “Spartak”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Oleq “Porto B”, “Pakoş Ferreyra” və “Olimpiakos”da oynadıqdan sonra 2023-cü ildə “Spartak”a keçib.
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью