Türkiyə klubu Neftçi nin futbolçusunu istəyir

12.02.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin "Boluspor" klubu Azərbaycandan daha bir futbolçu ilə maraqlanır.

İdman.biz Sportlife.az-a istinadən xəbər verir ki, I Liqa təmsilçisi indi də "Neftçi"nin yarımmüdafiəçisi Edvin Kuçu "gözaltı edib".

Superliqaya vəsiqə qazanmaq niyyətində olan komanda monteneqrolu orta sahə oyunçusunu icarə əsasında heyətinə qatmaq istəyir.

Qeyd edək ki, iki gün öncə "Boluspor"un "Qarabağ"dan Nəriman Axundzadə və Aleksey Kaşukla da maraqlandığını xəbər vermişdik. Azərbaycan millisinin digər futbolçusu Vüsal İsgəndərli də bu komandada çıxış edir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью