futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Kamerunlu hücumçu Vensan Abubakar mövsümün sonunda “Neftçi”dən ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, “Bursaspor” klubu forvardın xidmətində maraqlıdır. Bu barədə “Africafoot” portalı məlumat yayıb. Türkiyə I Liqasına vəsiqə qazanan komanda hücum xəttini Abubakarla gücləndirmək istəyir.
Vensan daha əvvəl Türkiyədə “Beşiktaş”da forma geyinib.
34 yaşlı hücumçu “Neftçi” ilə Misli Premyer Liqasında 16 oyunda 7 qol vurub. Onun müqaviləsi mövsümün sonuna kimidir.