Türkiyə klubu Renata 275 min avro ÖDƏDİ

07.03.2025

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin “Hatayspor” klubunun millimizin üzvü Renat Dadaşova ödədiyi təzminatın məbləği məlum olub. 
Bizim.Media xəbər verir ki, Hatay klubunun ödədiyi kompensasiyanın məbləği 275 min avro təşkil edib. 
 

Maraqlıdır ki, klub əvvəlcədən futbolçuya heç bir borcu olmadığını bildirmişdi. Ancaq Dadaşovun FİFA-ya şikayətindən sonra mübahisə futbolçumumuzun xeyrinə həll olunub. 


Qeyd edək ki, Renat Dadaşov 2023-cü ilin sentyabrından 2024-cü ilin iyun ayına qədər “Hatayspor” klubunun şərəfini qoruyub.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью