Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Milan"ın sabiq baş məşqçisi Stefano Pioli karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
"Trabzonspor" italiyalı mütəxəssisi komandanın "sükanı arxasına" gətirmək istəyir. Super Liqa nəhəngi artıq 60 yaşlı çalışdırıcı ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Stefano Piolinin son iş yeri "Fiorentina" olub. O, 2025-ci ilin noyabrında A Seriyası təmsilçisindən ayrılıb.
saytlarin hazirlanmasi