Türkiyə klubu UEFA Gənclər Liqasının finalına yüksəlib

25.04.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 25 aprel, AZƏRTAC

Türkiyənin "Trabzonspor" klubunun U-19 komandası UEFA Gənclər Liqasında finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, Qara dəniz təmsilçisi yarımfinalda Avstriyanın "Zaltsburq" kollektivini mübarizədən kənarlaşdırıb.

Nyon şəhərindəki "Kolovrey" idman mərkəzinin stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Trabzonspor" finalda "AZ Alkmaar" - "Barselona" cütünün qalibi ilə üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью