Türkiyə klubuna keçsə üçqat maaş alacaq

02.09.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə klubuna keçsə üçqat maaş alacaq

“Tottenhem”in hücumçusu Rişarlison “Trabzonspor”a keçid üçün Türkiyə klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

29 yaşlı braziliyalı futbolçu “Trabzonspor”da “Tottenhem”də qazandığından 3 dəfə çox maaş alacaq. Lakin transferin baş tutması üçün klublar arasında keçid məbləği ilə bağlı razılıq əldə olunmalıdır.

“Trabzonspor” daha əvvəl Rişarlison üçün 15 və 20 milyon funt sterlinq olmaqla iki təklif göndərib. “Tottenhem” hər iki təklifi rədd edib.

Qeyd edək ki, Rişarlison ötən mövsüm London klubunun heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə edib. “Transfermarkt” braziliyalı hücumçunun bazar dəyərini 25 milyon avro qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью