Türkiyə klubuna qadağa qoyuldu

23.09.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Birinci Liqasında çıxış edən “Kayserispor” daha bir transfer qadağası sanksiyası ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, buna səbəb Türkiyə təmsilçisinin sabiq vingeri Karlos Mane qarşısındakı 75 min avro məbləğində maliyyə öhdəliyini yerinə yetirməməsidir. Bu qərarla “Kayserispor”un FIFA tərəfindən məruz qaldığı transfer qadağası qərarlarının sayı 4-ə yüksəlib.

Karlos Mane bundan əvvəl də 70 min avroluq alacağı üçün ali futbol qurumuna müraciət etmiş və həmin məbləğ klub tərəfindən ödənilmişdi. Portuqaliyalı futbolçunun yaxın günlərdə 75 min avro dəyərində daha bir analoji müraciətinin həllini tapacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью