futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin “Trabzonspor” klubu ümumi borcunun 5,9 milyard lirə (təxminən 300 milyon manat) olduğunu açıqlayıb.
Futbolpress.az xəbər verir ki, Qara dəniz təmsilçisi 1 iyun 2025 – 31 may 2026-cı il dövrünə aid maliyyə hesabatını İctimaiyyətin Məlumatlandırılması Platformasında (KAP) dərc edib.
Klubun bəyanatına əsasən, qısa və uzunmüddətli öhdəliklərdən 2,1 milyard lirəlik dövriyyə aktivləri, eləcə də inflyasiya uçotundan qaynaqlanan və nağd ödəniş tələb etməyən 2,7 milyard lirəlik əməliyyatlar çıxıldıqdan sonra “Trabzonspor”un xalis borcu 5,9 milyard TL olaraq müəyyənləşib.