Türkiyə klubundan 17 milyonluq hücumçu

03.09.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Qaradəniz təmsilçisi “Midtyulland”dan Frankulinyo Cunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı afrikalı hücumçu ilə 4+1  illik müqavilə imzalanıb.

“Trabzonspor” Frankulinyo üçün Danimarka klubuna 17 milyon avro transfer haqqı ödəyib.

Qvineya-Bissaulu hücumçu bu mövsüm “Midtyulland”da 10 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью