Türkiyə klubundan Avropa rekordu

02.04.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin “Trabzonspor” klubu Avropa rekorduna imza atıb.

İdman.biz xəbər verir ki, Trabzon təmsilçisi UEFA-nın 19 yaşadək futbolçular arasında keçirdiyi Gənclər Liqasında tamaşaçı rekordunun müəllifi olub.

“Trabzonspor” 1/4 finalda “İnter”lə görüşüb. Qarşılaşma türkiyəlilərin 1:0 hesablı ev qələbəsi ilə başa çatıb.

“Papara Park”dakı oyunu 40 min 368 tamaşaçı izləyib. Bu, Gənclər Liqası üçün ən yüksək göstəricidir.

Qeyd edək ki, əvvəlki rekord “Krasnodar”a məxsus idi. Rusiya təmsilçisinin 2017/18 mövsümünün “Real”la matçında 32 min 510 seyrçi qeydə alınıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью