futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin “Fənərbağça” klubu Lionel Messini transfer etmək üçün astronomik məbləğdə təklif hazırladığı bildirilir.
Futbolpress.az xəbər verir ki, tanınmış idman şərhçisi Barış Yurdsevenin yaydığı məlumata görə, İstanbul təmsilçisi argentinalı hücumçuya illik 50 milyon avro maaş qismində qarşılıq təklif edib.
Lakin 39 yaşlı əfsanəvi oyunçu bu təklifə müsbət yanaşmayıb. Mütəxəssislərin qənaətinə görə, təcrübəli futbolçunun bu qərarında atasının səhhətində yaranan problemlər əsas rol oynayıb.
Xatırladaq ki, hazırda ABŞ-nin “İnter” (Mayami) klubunun şərəfini qoruyan Lionel Messinin Şimali Amerika təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədər qüvvədədir.